`Qarabağ` və `Qəbələ`nin rəqibləri bəllidir

`Qarabağ` və `Qəbələ`nin rəqibləri bəllidir
  28 Avqust 2015    Oxunub:5685
Bu gün Fransanın Monako şəhərində Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. AzVision.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsində ilk dəfə olaraq iki klubla təmsil olunan Azərbaycan komandaları “Qarabağ” və “Qəbələ”nin rəqibləri məlum olub.

Belə ki, ardıcıl olaraq Azərbaycan Avropa Liqasında təmsil edən “Qarabağ” J qrupunda Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa) ilə, “Qəbələ” isə C qrupunda "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya) komandaları ilə qarşılaşacaq.

A qrupu: "Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbaxça" (Türkiyə), "Molde" (Norveç)

B qrupu: "Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Sion" (İsveçrə)

C qrupu: "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya), "Qəbələ" (Azərbaycan)

D qrupu: "Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya" (Polşa), "Midtilland" (Danimarka)

E qrupu: "Vilyareal" (İspaniya), "Viktoriya" (Çexiya), "Rapid" (Avstriya), "Dinamo" (Belarus)

F qrupu: "Marsel" (Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Çexiya), "Qroninqen" (Hollandiya)

G qrupu: "Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent-Etyen" (Fransa), "Rusenburq" (Norveç)

H qrupu: "Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Skenderbeu" (Albaniya)

İ qrupu: "Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenses" (Portuqaliya)

J qrupu: "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa), "Qarabağ" (Azərbaycan)

K qrupu: "Şalke" (Almaniya), APOEL (Kipr), "Sparta" (Çexiya), "Asteras Tripolis" (Yunanıstan)

L qrupu: "Atletik" (Bilbao, İspaniya), "AZ Alkmaar" (Hollandiya), "Ausburq" (Almaniya), "Partizan" (Serbiya)

Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1-22 oktyabr, 5-26 noyabr və 10 dekabr tarixlərində keçiriləcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti