ABŞ və Çinin Ermənistan ordusuna ayırdığı pullar - 45 milyon dollar

ABŞ və Çinin Ermənistan ordusuna ayırdığı pullar - 45 milyon dollar
  27 Avqust 2015    Oxunub:2434
ABŞ və Çin 2005-2014-cu illər ərzində Ermənistan Müdafiə Nazirliyinə təxminən 45 milyon ABŞ dolları dəyərində qrant ayırıb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

ABŞ-dan qrantlar Ermənistana `Xarici hərbi maliyyələşdirmə` (FMF) və `Beynəlxalq hərbi təhsil və təlim` (IMET) proqramları çərçivəsində ayrılıb.

`Xarici hərbi maliyyələşdirmə` proqramı çərçivəsində ayrılan vəsait hesabına hərbçilər və orduda xidmət edən mülki vətəndaşların dil və professional hazırlığına, həmçinin texniki vasitələrin alınmasına xərclənib. Bu proqram çərçivəsində Ermənistan Müdafiə Nazirliyinə 35,7 milyon ABŞ dolları dəyərində qrant ayrılıb.

`Beynəlxalq hərbi təhsil və təlim` (IMET) proqramı çərçivəsində isə Ermənistan Müdafiə Nazirliyinə 6 milyon ABŞ dolları ayrılıb.

Çin isə 2009-2013-cü illərdə Ermənistan Müdafiə Nazirliyinə 3,8 milyon ABŞ dolları dəyərində qarşılıqsız hərbi yardım göstərib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti