SENSASİYA: Poroşenko və baş nazir deputat yerlərini pulla satıb

SENSASİYA: Poroşenko və baş nazir deputat yerlərini pulla satıb
  27 Avqust 2015    Oxunub:7018
Kiyevdə `Dragon Capital` investisiya bankının və Ukraynada Avropa Assosiasiya biznesinin rəhbəri Tomaş Fiala Almaniyanın `Der Spigel` qəzetinə müsahibəsində Ali Radaya keçirilən seçkilərlə bağlı sensasiya yaradacaq faktlar açıqlayıb.

Filanın sözlərinə görə, parlament seçkilərində seçki siyahısı özünəməxsus formada tərtib olunub:

`Siyahıda öncə Ukraynada məşhur siyasətçilərin adı, daha sonra isə biznesmenlərin adı gəlirdi`.

Fiala iddia edir ki, sahibkarlar Ali Radada öz şəxsi maraqlarını qorumaq imkanı əldə etmək üçün deputat yerlərini satın alıblar. O, iddia edir ki, Ukrayna parlamentində deputat yerinin qiyməti 3-5 milyon ABŞ dolları arasında dəyişir.

Ukraynada Avropa Assosiasiya biznesinin rəhbərinin sözlərinə görə, Ukraynada yeni hökumət korrupsiya ilə mübarizə üçün formalaşdırılsa da, son nəticədə onun özü korrupsiyaya qurşanıb.

Tomaş Fialanın fikrincə, baş nazir Arseniy Yatsenyukun özü `keçmiş sistemin məhsulu`dur. Ona görə də ölkənin siyasi həyatında kəskin dəyişikliklərin baş verməsini gözləmək lazım deyil: `Yatsenyuk və Poroşenko seçkiqabağı kampaniyalarını maliyyələşdirmək üçün bu addıma gediblər. Yatsenyukun pulu yox idi, Poroşenko isə biznes fəaliyyəti nəticəsində əldə etdiyi pulları xərcləməyə üstünlük vermir`, - deyə Fiala bildirib.

Fialan qeyd edib ki, deputat yerlərinin satılması ilə bağlı səsləndirdiyi ittihamlar realdır və Ukraynada hamı bundan xəbərdardır: `Bu barədə həm Ali Radada yer alan şəxslər, həm də partiya liderləri danışırlar. Əgər Baş Prokurorluq siyasi təsirdən azad olsaydı, onda bu faktları araşdırmaq olduqca asan olardı`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti