PKK Türkiyəni terrorla silkələyir

PKK Türkiyəni terrorla silkələyir
  04 Avqust 2015    Oxunub:2368
Türkiyə səhəri Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttində partlayışla açsa da gecə saatlarında PKK terror təşkilatının üzvləri ölkənin müxtəlif bölgələrində hücumlarını davam etdirib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, ilk hücum barədə məlumat Diyarbəkir vilayətində yerləşən Silvan su anbarından gəldi. Terroçular tikintisi davam edən su anbarına raketdən atəş açıblar.

Təhlükəsizlik qüvvələri əməkdaşları hücumçulara cavab atəşi açıb və atışma başlayıb. Qısa atışmadan sonra terroçular hadisə yerindən qaçıblar. Raket atəşi nəticəsində beş işçi yaralanıb.



Su anbarına hücum zamanı terroçular həmçinin vilayətin polis idarəsinə də raketli hücum edib. PKK terrorçularına cavab atəşi açılıb. Hakkarinin Cukurca rayonunda yerləşən Jandarma Komandanlığına atəş açan terrorçular eyni zamanda Mardin vilayətinin Nuşaybin qəsəbəsində yanacaq daşıyan avtomobil və yük maşınını saxlayıb və maşınlara od vurublar.



Səhərə yaxın terrorçular Bingöl vilayətinin Kığı qəsəbəsində yola basdırdıqları minaları hərbi maşınların keçdiyi zaman partladıb.



Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Lakin zirehli avtomobillərdən birinə ciddi ziyan dəyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti