Qəddafinin oğlunu həbsxanada belə döydülər – VİDEO

Qəddafinin oğlunu həbsxanada belə döydülər – VİDEO
  04 Avqust 2015    Oxunub:6519
Liviya Prokurorluğu internetdə sabiq Liviya lideri Müəmmər Qəddafinin oğlunun Tripoli həbsxanasında döyülməsini əks etdirən videogörüntünün yayılmasından sonra araşdırmalara başlayıb.
Bu barədə AzVision.az `Reuters`ə istinadən xəbər verir.

Görüntülərdə hüquq-mühafizə orqanları əməkdaşlarının 42 yaşlı Saadi Qəddafini sifət nahiyəsindən vurmaları əks olunur. Daha sonra polislər onun ayaqlarını boruya bağlayaraq döyürlər.

Tripoli prokuroru məsuliyyətə cəlb etmək məqsədilə videoda əks olunan hüquq-mühafizə orqanları əməkdaşlarını tapacağını açıqlayıb.

`Human Rights Watch` təşkilatı belə bir videonun yayılmasından sonra öz narahatlığını bildirib. Qurumun Yaxın Şərq üzrə direktorunun müavini Co Storkun sözlərinə görə, video `Əl-Hadba` həbsxanasında saxlanılan Saadi əl Qəddafi və digər saxlanılan şəxslərin sorğulanması zamanı istifadə olunan metodlara dair ciddi narahatlıq doğurur`.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti