Ermənilərdən Qarabağa köçən milyarderə xəbərdarlıq

Ermənilərdən Qarabağa köçən milyarderə xəbərdarlıq
  04 Avqust 2015    Oxunub:3425
Qarabağa köç edən German Sterlinqov Rusiyaya qayıda bilmir.
Axar.az xəbər verir ki, bu barədə "Kommersant FM"ə biznesmenin vəkili Artur Ayrapetov bildirib. Ermənistan sərhədçiləri Moskvaya uçmaq istəyən milyarderə xəbərdarlıq ediblər.

Ayrapetov Sterlinqovun beynəlxalq axtarışa verilməsi ilə əlaqədar Rusiyaya girişinə əngəl törədildiyini bildirib.

Qeyd edək ki, ötən həftə Azərbaycan Xarici İşlər Nazirliyi rusiyalı milyarder German Sterlinqovu beynəlxalq axtarışa verdiyini bəyan etmişdi.


Teqlər:





Xəbər lenti