Səfir: “Azərbaycanla İsrail dost ölkələrdir”

Səfir: “Azərbaycanla İsrail dost ölkələrdir”
  03 Avqust 2015    Oxunub:1720
"Azərbaycanda olduğum son 3 il çox gözəl keçdi. Ölkənin bir çox rayonlarında oldum, Azərbaycan mətbəxi ilə tanış oldum və sevdim. Burada çoxlu dostlar qazandım. Bakıdakı missiyam başa çatdıqdan sonra bura turist kimi qayıdacam".

AzVision.az -ın məlumatına görə, bu fikirləri İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz diplomatik missiyasının başa çatması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycanla İsrail dost ölkələrdir. Növbəti səfirin kimin olacağından asılı olmayaraq, İsrail-Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələr yalnız möhkəmlənəcək”, - deyə səfir qeyd edib.

Diplomat ikitərəfli münasibətlərin həm ölkə liderləri, həm də nazirlər səviyyəsində inkişaf etdirildiyini deyib: “Azərbaycanla İsrailin həmçinin təhsil və akademik sahələrdə əlaqələri mövcuddur”. (apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti