Azərbaycan-Rusiya təlimləri keçiriləcək

 Azərbaycan-Rusiya təlimləri keçiriləcək
  03 Avqust 2015    Oxunub:1589
Rusiya Hərbi Dəniz Donanması ilin sonunadək Xəzər dənizində iki beynəlxalq təlim keçirəcək.
Bunu Rusiya Hərbi-Dəniz Donanmasının komandanı, admiral Viktor Çirkov deyib. Onun sözlərinə görə, sözügedən təlimlərdə Rusiya ilə yanaşı Azərbaycan və Qazaxıstanın hərbi-dəniz qüvvələri iştirak edəcək.

Qeyd edək ki, avqustun 3-dən 11-dək Xəzər dənizində “Xəzər Kuboku 2015” və “Xəzər derbisi 2015” donanma müsabiqələri keçirilir. Müsabiqələrdə Azərbaycan hərbi-dəniz qüvvələri də iştirak edir.(APA)


Teqlər:





Xəbər lenti