Türkiyə sərhədində təyyarə qəzası - 35 ölü (FOTOLAR)

Türkiyə sərhədində təyyarə qəzası - 35 ölü  (FOTOLAR)
  03 Avqust 2015    Oxunub:3271
Suriyanın Türkiyə ilə sərhəd ərazisində Suriyaya məxsus hərbi təyyarə yerə çırpılıb.
AzVision.az xəbər verir ki, hadisə Türkiyə sərhədi yaxınlığındakı Ariha qəsəbəsində baş verib. Təyyarə bazar olan əraziyə düşüb. Təyyarənin düşdüyü yerdə 6 bina yerlə yeksan olub.



Hadisə nəticəsində 40 nəfər ölüb, 120 nəfər isə yaralanıb.





Hazırda hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələrinin gəldiyi deyilir. Xilasedicilər dağıntılar altında qalanları xilas etməyə çalışırlar.





Hadisənin başvermə səbəbi məlum deyil. Ölənlərin artacağı istisna deyil.





Teqlər:  





Xəbər lenti