Azərbaycan – Xorvatiya: biletlər artıq satışda

Azərbaycan – Xorvatiya: biletlər artıq satışda
  03 Avqust 2015    Oxunub:2515
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, saat 21:00-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununun biletləri satışa çıxarılıb.
AzVision.az AFFA-ya istinadən məlumat verir ki, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Həmçinin biletlərin onlayn satışına start verilib. Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir.


Teqlər:





Xəbər lenti