Döyüş vertolyotu qəzaya uğradı, ölən var

Döyüş vertolyotu qəzaya uğradı, ölən var
  02 Avqust 2015    Oxunub:2985
Rusiyada hərbi vertolyot qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, “Berkut” qrupuna məxsus Mi-28H döyüş vertolyotu Ryazan şəhəri yaxınlığında nümunəvi göstəriş zamanı yerə çırpılıb.

Pilotlar katapult edə bilsələr də, onlardan biri ölüb. Digər pilotun vəziyyəti kafidir.

Vertolyotun tamam dağıldığı bildirilir. Vertolyotun düşdüyü yerdə başlayan yanğın az sonra söndürülüb.

Rusiya Müdafiə Nazirliyi qəza nəticəsində bir pilotun həlak olduğunu təsdiqləyib


Teqlər:





Xəbər lenti