Oğuzda ər hamilə arvadını bıçaqladı - ata oldu

Oğuzda ər hamilə arvadını bıçaqladı - ata oldu
  02 Avqust 2015    Oxunub:4022
Oğuzda 29 yaşlı kişi hamilə həyat yoldaşını bıçaqlayıb.
Rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə avqust ayının 1-i axşam saatlarında rayonun Bucaq kəndində baş verib. Rayonun Padar kənd sakini, 1986-cı il təvəllüdlü Teyub Aydın oğlu Atakişiyev həyat yoldaşı, 1992-ci il təvəllüdlü Röyalə Elman qızı Atakişiyeva ilə Bucaq kəndində yaşayan qaynatası Elman Qədirlinin evində ailə münaqişəsi zənmində mübahisə edib. Mübahisə zamanı 29 yaşlı Teyub Atakişiyev əlindəki bıçaqla həyat yoldaşı Röyalə Atakişiyevanın qarın boşluğuna bir bıçaq zərbəsi vurub. Röyalə Atakişiyeva aldığı bıçaq xəsarəti ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Oğuz RMX-dan verilən məlumata görə, bədənin sol qasıq nahiyəsindən daxilə nüfuz etməyən kəsilmiş və deşilmiş bıçaq xəsarəti alan Röyalə Atakişiyevanın müayinəsi zamanı onun 8 aydan yuxarı hamilə olması da müəyyən edilib. Röyalə Atakişiyevanın yarası üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirildikdən bir qədər sonra isə Röyalə Atakişiyevada doğuş sancıları baş qaldırıb. Vəziyyət nəzərə alınaraq Röyalə Atakişiyeva Şəki RMX-nın doğum şöbəsinə göndərilib.

Şəki RMX-nın doğum şöbəsinin növbətçi həkimi Nəzakət Hacıyevanın verdiyi məlumata görə, Röyalə Atakişiyeva avqustun 1-i axşam saat 22 radələrində Şəki RMX-nın doğum şöbəsinə daxil olub. Röyalə Atakişiyeva doğum şöbəsinə daxil olduqdan bir saat sonra təbi yolla 36 həftəlik, çəkisi 2 kq 600 qram olan oğlan uşağı dünyaya gətirib. Doğuş zamanı Röyalə Atakişiyevanın sol qasıq nahiyəsindən aldığı bıçaq yarasında heç bir qanaxma baş verməyib, doğuş normal keçib.

Hadisəni törədən Teyub Atakişiyev isə Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır. (Apa)


Teqlər:  





Xəbər lenti