"Qarabağ" –"Seltik" oyunun biletləri satışa çıxarılır

"Qarabağ" –"Seltik" oyunun biletləri satışa çıxarılır
  02 Avqust 2015    Oxunub:2420
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Seltik" (Şotlandiya) qarşılaşmasının biletləri sabahdan satışa çıxarılacaq. AzVision.az-ın Ağdam klubunun saytına istinadən verdiyi xəbərə görə, biletləri sabahdan matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunundan kassalarından əldə edə bilərsiniz.

Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1-10 AZN arası dəyişir:

13,14,15,16 sektor - 10 AZN

12 və 17 sektor - 8 AZN

11 və 18 sektor - 6 AZN

10 və 19 sektor - 5 AZN

8,9 və 20,21 sektor - 3 AZN

5-7, 22-24 sektor - 2 AZN

1-4 , 25-27 sektor - 1 AZN

29 və 38 sektor - 10 AZN

AzVision.az


Teqlər:  





Xəbər lenti