Xızıda yenidən yanğın başlayıb

Xızıda yenidən yanğın başlayıb
  01 Avqust 2015    Oxunub:2285
Xızı dağlarında yenidən yanğın başlayıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Xızı rayonunda dağlıq ərazidə sıx kol-kos və meşə ərazisinin bir hissəsində yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya Dəstəsinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Teqlər:





Xəbər lenti