Rezidenturaya boş qalan yerlərə qəbul başladı

Rezidenturaya boş qalan yerlərə qəbul başladı
  01 Avqust 2015    Oxunub:2314
2015/2016-cı tədris ili üçün rezidentura səviyyəsi üzrə boş qalan 28 plan yerinin müsabiqəsində iştirak etmək üçün 39 namizəd ərizə ilə müraciət edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzVision.az - a verilən xəbərə görə, müsabiqə nəticəsində 14 namizəd rezidentura səviyyəsinə qəbul olub.

Avqustun 3-dən 4-dək Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyində, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və adı qəbul olunanlar siyahısından çıxarılacaq.


Teqlər:





Xəbər lenti