“Rəvan” FK Premyer Liqada

“Rəvan” FK Premyer Liqada
  31 İyul 2015    Oxunub:4970
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçirilib.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, iclasda müvafiq qərarlar qəbul olunub.

Öncə Peşəkar Futbol Liqasının müraciətinə əsasən “Rəvan” FK-nın 2015-2016-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakı ilə bağlı müraciəti qəbul olunub. 2016-2017-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edildikdən sonra “Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin, “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin, həmçinin yeni “Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə AFFA-nın da təsisçi qismində iştirakının təmin edilməsinə qərar verilib.


Teqlər:





Xəbər lenti