Türkiyə PKK-nın atəşkəsinə bomba ilə cavab verdi

Türkiyə PKK-nın atəşkəsinə bomba ilə cavab verdi
  31 İyul 2015    Oxunub:2822
PKK terror təşkilatı bu gündən etibarən təktərəfli qaydada atəşkəs elan edib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, təşkilat atəşkəsin əldə edilməsi üçün ötən gündən başlayaraq vasitəçi axtarışına çıxıb.

Rəsmi Ankarada isə hesab edirlər ki, atəşkəsin əldə edilməsində iki səbəb var: “Birinci vaxt qazanmaq. İkinci PKK çoxlu itkilərin qarşısını almaq istəyir”.

Terror təşkilatı öncə Şimali İraq Kürdistanı bölgəsinin rəhbəri Nəçirvan Bərzan ilə bu barışı əldə etmək istəsə də buna nail ola bilməyib. Daha sonra HDP-yə təzyiq edərək Öcalan vasitəsi ilə rəsmi Ankaraya istəklərini çatdırmağı tələb edib. Lakin görünən odur ki, Türkiyə bu anlaşmaya razılıq vermir. Çünki, hər gecə hərbi təyyarələr durmadan terrorçuların qərargahlarını bombalayır.

Qeyd edək ki, Türkiyədə törədilən sonuncu terror aktından sonra ölkənin hərbi havva qüvvələri ardıcıl olaraq PKK-nın yerləşdiyi əraziləri davamlı bombardıman edir.

Bundan əlavə Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı terrorçuları qorxudacaq açıqlama yayıb. Açıqlamada deyilir ki, son zamanlar ölkə ərazisində yaşanan terror aktları, vətəndaşların təhlükəsizliyinin qorunması, günahsız şəxslərin qətlinin qarşısının alınması üçün hərbiyə yazılmaq istəyənlərin sayı durmadan artır. Könüllülər daha çox hazırda əməliyyat keçirilən ərazilərə göndərilməyi xahiş edir.


Teqlər:  





Xəbər lenti