“Parabank” bağlanır? - Açıqlama

“Parabank” bağlanır? - Açıqlama
  31 İyul 2015    Oxunub:4818
Vergilər Nazirliyi və Mərkəzi Bank “Parabank”da heç bir yoxlama aparmır.
Bu barədə AzVision.az-a “Parabank”ın Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, bir müddət öncə mətbuatda bununla bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir:

“Əvvəlki yoxlamalar zamanı isə qanun pozuntuları aşkarlanmayıb. Bank öz fəaliyyətini davam etdirərək müştərilərinə xidmət göstərir və filiallar şəbəkəsinin genişləndirilməsi üçün çalışır. Fikrimizcə, bankın bağlanması haqqında yayılan məlumatlar və şayiələr “Parabank” ASC-nin nüfuzuna xələl gətirən rüsvayedici, böhtançı məlumatların yazılıb kütləvi yayılması bir tərəfdən etik baxımdan anlaşılmaz olduğu kimi, digər tərəfdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Odur ki, bank mövcud rüsvayedici və böhtan məlumatları yazıb yayan şəxsin barəsində cinayət işi başlanması məqsədilə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin şərh edilənləri həmin saytda dərc etməklə yazının müəllifi bankdan üzr istəyərsə, habelə belə yazılara son qoyarsa, ədalətli barışıq əldə olmuş hesab edilər”.

Qeyd edək ki, bir müddət öncə mətbuatda “Parabank”ın bağlanması ilə bağlı informasiyalar yayılmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti