Rəsul Cəfərovun həbs müddəti azaldılıb

Rəsul Cəfərovun həbs müddəti azaldılıb
  31 İyul 2015    Oxunub:2117
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, R. Cəfərovun vergi borcunun ödənilməsinə Bakı Vergilər Departamentinin məktubu məhkəməyə təqdim edilib. O, R. Cəfərovun hər hansı vergi borcunun olmadığıni əsas gətirərək, barəsində başlanan cinayət işinin Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə bağlı hissəsinə xitam verilməsinə dair vəsatət qaldırdığını bildirib: “Buna dövlət ittihamçısı da etiraz etmədi. Məhkəmə həmin maddə yəni, 213-cü maddə üzrə cinayət tərkibinə xitam verildiyini elan etdi. Bununla da cəzası 3 ay azaldılaraq, 6 il 3 ay müddətində saxlanıldı”.

Xatırladaq ki, R. Cəfərov ötən il avqustunda həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanan R. Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.



Teqlər:





Xəbər lenti