`İŞİD İslama bağlı deyil` - Ərdoğan

`İŞİD İslama bağlı deyil` - Ərdoğan
  31 İyul 2015    Oxunub:2921
İslam ekstrimizmi qəbul etmir. İslamın özünə gəldikdə isə dinin adı `slim` sözündən götürülüb ki, bu da sülh deməkdir.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Çində səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallardan birinə müsahibəsində bildirib.

Ərdoğan vurğulayıb ki, İslamda bir insanın öldürülməsi bütün bəşəriyyətin öldürülməsi kimi dəyərləndirilir: `İraq və Şam İslam Dövləti (İŞİD) kimi terror təşkilatlarının İslamla ortaq heç nəyi yoxdur. Yəni özünün müsəlman adlandırmaqla müsəlman olmursan`.

Ərdoğanın sözlərinə görə, İŞİD kimi terror təşkilatlarının fəaliyyəti terrordur: `Bu əməllər heç bir halda İslamla bağlı deyil`.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.


İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti