Azərbaycanda şüşə yeyən adam - Video

Azərbaycanda şüşə yeyən adam - Video
  31 İyul 2015    Oxunub:3321
İndi sizə təqdim edəcəyimiz xəbərin qəhrəmanı şüşə və metal yeyir. Ağstafa sakini Bəxtiyar Qurbanov hətta metal və şüşələrin dadlarıni müəyyən edir. sən demə saxsı qablar şit, xrustallar isə turş dadırmış.

Şüşə, saxsı və metal...nə qədər qəribə olsa da, bu sərt materialları adi qida kimi yeyir.

Ağstafanın Tatlı kənd sakini Bəxtiyar Qurbanov 49 ildir ki, əsasən şüşə olmaqla sərt materialldan hazırlanış əşyalar yeyir. Xüsusi ilədə stəkan yeməyi xoşlayır.

İndiyə qədər 200 kq şüşə yediyini deyən Bəxtiyar Qurbanov ən dadlı olanları da, asanlıqla müəyyən edə bilir.

Bu bacarığı ilə Ginnesin rekordlar kitabına düşmək istəyən Bəxtiyar Qurbanov metal yeməyə olan həvəsi ilə dəfələrlə insanları heyrətdə qoyub.

Müxtəlif sərt maddələr yeməsinə baxmayaraq, Bəxtiyarın səhhətində heç bir problem baş verməyib. Hər kəsin qeyri-adi bir insan kimi tanıdığı Bəxtiyar Qurbanov başqalarına bu cür maddələri yeməyi məsləhət görmür. (Xəzərxəbər)




Teqlər:





Xəbər lenti