Uçan skeytbord təqdim olunacaq - VİDEO

Uçan skeytbord təqdim olunacaq - VİDEO
  29 İyul 2015    Oxunub:2554
`Lexus` şirkəti onun tərəfindən yaradılan uçan skeytbordun təqdimat mərasiminin baş tutacağı tarixi açıqlayıb.
AzVision.az-ın məlumatına görə qurğu avqustun 5-i təqdim etdi.

Yeni qurğu `Gələcəyə qayıdış 2` filmində nümayiş etdirilən hoverbordu xatırladır. Şirkətin rəsmi `Facebook` səhifəsində yerləşdirilən videoda qurğu barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, daha əvvəl şirkət qurğunun səmada uçmasına dair bir sıra tizer – roliklər paylaşmışdı.

Şirkətin izahatına görə, hoverbord maqnit yastığının üzərində işləyir. Videoda görünən tüstü skeytbordun üzərində yüksək keçiricilərin soyudulmasına cavabdeh olan maye azotun buxarlarının nəticəsidir.





Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti