Azərbaycana qaçan erməni ailəsi məhkəməyə verildi

Azərbaycana qaçan erməni ailəsi məhkəməyə verildi
  29 İyul 2015    Oxunub:2911
Yeqiş Qevorkyana qarşı açılan cinayət işi yekunlaşdırılıb, iş məhkəməyə təqdim olunub.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Məhkəmə Departamentinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Qevorkyanın Ermənistanın dövlət sərhədini qanunsuz keçməsi ilə əlaqədar cinayət işi başladılmışdı.

52 yaşlı Yeqiş, onun həyat yoldaşı Ruzanna və onların üç övladları 2010-cu ilin yanvar ayının onunda Ermənistan –Azərbaycan sərhədini qanunsuz formada keçərək Naxçıvan Muxtar Respublikası ərazisinə keçib.

Yeqiş Qevorkyan 8 dəfə həbsdə olub və sərhədi qanunsuz keçdiyi vaxt ağır cinayət törətməkdə şübhəli bilinib. Qevorkyan ailəsi 12 dekabr 2014-cü ildə Ermənistana qaytarılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti