Azərbaycanın vergi sistemində yenilik

Azərbaycanın vergi sistemində yenilik
  29 İyul 2015    Oxunub:2758
"Gələcəkdə Azərbaycanda ümumi vergi bəyannaməsinin tətbiqi mümkündür".
Bunu vergilər nazirinin beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədov Vergilər Nazirliyinin Tədris Mərkəzində “Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu” mövzusunda keçirilmiş "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, nazirlik bu sahədə xarici təcrübəni kifayət qədər yaxşı öyrənib: "Azərbaycanda ümumi bəyannaməyə keçid üçün zəruri resurslar və infrastruktur var, informasiya texnologiyaları tətbiq edilir. Lakin əhalinin vergi mədəniyyətini inkişaf etdirmək və yüksəltmək, könüllü ödənişlərin artırılmasına yardım etmək çox vacibdir" ("Trend").


Teqlər:





Xəbər lenti