`Britaniya AB-də qalmalıdır` - Obama

`Britaniya AB-də qalmalıdır` - Obama
  28 İyul 2015    Oxunub:2127
“Böyük Britaniya həmişə bizim ən vacib müttəfiqimiz olub. Başqa heç bir ölkə ilə bu qədər ortaq dəyərimiz, dostluğumuz, eləcə də xarici siyasət kursunumuzun üst-üstə düşməsi olmayıb”. Bu sözləri ABŞ prezidenti Barak Obama Britaniyanın Avropa Birliyinindən çıxmaq istəyinə münasibət bildirərkən deyib.

AzVision.az “BBC”-yə istinadən bildirir ki, ABŞ prezidenti Barak Obama İngiltərənin Avropa İttifaqından çıxması ilə bağlı 2017-ci ildə keçirəcəyi referenduma müsbət yanaşmır. Barak Obamanın sözlərinə görə, Britaniyanın AB-nin üzvü olaraq qalması önəmli məsələdir.

O, vurğulayıb ki, Britaniya Birləşmiş Ştatların ən yaxşı hərbi və siyasi tərəfdaşıdır. Əgər London özünün dünya siyasətində təsirini saxlamaq istəyirsə, o halda Avropa İttifaqından çıxmağa çalışmamalıdır.

- Britaniya ilə bizim aramızda çox möhkəm transatlantik əlaqələr var. Onun Avropa Birliyinin üzvü olaraq qalması çox vacib məqamdır, çünki II Dünya Müharibəsində, Avropanın strukturunda böyük rolu olmuş dövlətdir. Biz Vaşinqton olaraq Britaniyanın Avropa Birliyin bir parçası olaraq qalmasının tərəfdarıyıq. Britaniyanın dünyada sülhün bərqərar olmasında, eləcə də NATO tərkibində oynadığı rol ABŞ üçün çox vacib kriteriyadır – deyə Barak Obama bildirib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti