Tanınmış müğənni film üçün villasını satır

Tanınmış müğənni film üçün villasını satır
  28 İyul 2015    Oxunub:2492
Yeni çəkəcəyi filmi üçün maliyyə axtaran rejissor və tanınmış müğənni Mahsun Kırmızıgül lüks villasını 5.5 milyon dollara (15 milyon TL) satışa çıxarıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, müğənnilk sənətinə son qoyan Mahsun Kırmızıgül kino sahəsindən qazandığı pulları yeni film çəkilişlərinə xərcləyir.

Qeyd edək ki, Kırmızıgülün satışa çıxardığı 1400 kvadrat metrlik 3 mərtəbəli villada üzmə hovuzu, 6 otaq, 2 salon, 4 vanna otağı, sauna var.

Məşhur müğənni keçən ay bir toyda konsert verməsi üçün ona təklif olunan 1 milyon türk lirəsini rədd etmişdi.

Gültəkin


Teqlər:





Xəbər lenti