Nazirlik qanunsuz telefon trafikini blokladı

Nazirlik qanunsuz telefon trafikini blokladı
  28 İyul 2015    Oxunub:2450
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə şəbəkələrində beynəlxalq telefon trafikinin qanunsuz istifadəsini bloklayıb.

AzVision.az xəbər verir ki, bunu Trend-ə nazirlikdəki mənbə deyib.

Trafikin oğurlanması SIM-BOX qurğularının köməyi ilə həyata keçirilir. Qurğular mobil operatorların GSM-trafikinin internet-trafikə konvertasiyası üçün nəzərdə tutulub. Bundan istifadə edənlər beynəlxalq rabitəyə aşağı qiymətlər üzrə çıxış əldə edərək operatorlara maddi ziyan vururlar.

Nazirliyin məlumatına görə, yanvar-iyun aylarında 38 754 mobil SIM-BOX nömrəsi bloklanıb, onların 2521-i "Azercell", 19 851-i "Bakcell", 16 382-si isə "Azerfon" şirkətinə məxsus olub.


Teqlər:





Xəbər lenti