Tomas Qolts motosikletini SOCAR-a verdi
T.Qolts sonradan “Neft Odisseyası” layihəsini belə xatırlayıb: “Komandanın sərgüzəştli planı əvvəlcə ağlasığmaz səslənir və çoxları bunun mümkünsüz olduğunu söyləyirdi. Çünki kəmər hələ hazır deyildi, biz naməlum bir yol qət etməli idik. Lakin yeganə bir insan, Azərbaycanın dahi Prezidenti, müdrik siyasətçi Heydər Əliyev layihəni dəstəklədi və Xəzər dənizindən hasil edilmiş bir cəllək neftin mənə təqdim olunmasına göstəriş verdi. Məhz Heydər Əliyevin layihəyə inamı, eləcə də o dahi şəxsiyyətin bizə güclü dəstəyi nəticəsində artıq tarixə çevrilmiş “Neft Odisseyası”na start verildi”.
Komandanın ikinci üzvü olmuş ABƏŞ-in vitse-prezidenti Even Patterson 2014-cü ilin sonunda dünyasını dəyişəndə T.Qolts moto-yürüşün aparıcı maşınını onun xatirəsinə ithaf etmişdi. Motosiklet SOCAR-ın və T.Qoltsun birgə səyi nəticəsində təmir edilib və bu günlərdə Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin muzey eksponatlarının saxlanması və bərpası mərkəzinə hədiyyə olunub. Motosiklet burada qiymətli bir eksponat kimi öz layiqli yerini tutub.
Teqlər: