Qadın güləşçilərimizdən növbəti zəfər

Qadın güləşçilərimizdən növbəti zəfər
  27 İyul 2015    Oxunub:2617
24-26 iyul 2015-ci il tarixdə Polşanın paytaxtı Varşava şəhərində qadın güləşi üzrə “Poland Open” 19-cu beynəlxalq turniri keçirilib. Turnirdə iştirak edən qadın pəhləvanlarımız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından AzVision.az-a verilən məlumata görə, 48 kq çəki dərəcəsində mübarizə aparan yığma komandamızın kapitanı Mariya Stadnik bütün rəqiblərinə təmiz qələbə ilə qalib gələrək qızıl medal qazanıb.

58 kq çəki dərəcəsində yarışlarda Yuliya Ratkeviç ardıcıl olaraq İsveç və Türkiyəli rəqibini tam üstünlüklə qalib gəlsədə, Macar rəqibinə məğlub olub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılan güləşçimiz Bolqar və Macar rəqiblərinə qalib gələrək bürünc medal qazanıb.

60 kq-da isə İrina Netreba ilk görüşdə məğlub olsa da, rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edib. Bu şansdan istifadə edən güləşçimiz bütün görüşləri qalib gələrək, bürünc medal qazanıb.

63 kq-da təmsilçimiz Nadya Muşka da finala qədər inamla irəliləyib. Ancaq finalda rəqibinə məğlub olan idmançımız yarışı gümüş medalla tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib. .


Teqlər:





Xəbər lenti