Nərgiz Paşayeva təltif edilib

Nərgiz Paşayeva təltif edilib
  25 İyul 2015    Oxunub:6553
Azərbaycanın Moldovadakı səfirliyinə Moldova Elmlər Akademiyasının (EA) prezidentindən ilk dəfə olaraq Bakıda keçirilən 47-ci Beynəlxalq kimya olimpiadasının iştirakçılarına təbrik məktubu daxil olub.

Bu barədə Azərtac-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Moldova EA-nın prezidenti, akademik, kimya elmləri doktoru, professor George Duka məktubda məmnunluqla bildirib ki, 47-ci Beynəlxalq kimya olimpiadasının Azərbaycanda, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında keçirilməsi haqqında qərar 2012-ci ildə Vaşinqtonda təşkil olunan 44-cü Beynəlxalq kimya olimpiadasının münsiflər heyəti tərəfindən qəbul edilib. O, həmçinin qeyd edib ki, 2014-cü ildə Vyetnamın paytaxtı Hanoy şəhərində 46-cı Beynəlxalq kimya olimpiadasının bağlanışı mərasimində müsabiqənin bayrağı 47-ci olimpiadanın təşkilatçısına – MDU-nun Bakı filialına verilib və Rusiyadan sonra Azərbaycan MDB məkanında Beynəlxalq kimya olimpiadası keçirən ikinci ölkədir.

Məktubda MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın xidmətləri də xüsusi vurğulanıb.

Akademik G.Duka belə genişmiqyaslı tədbirin hazırlanması və keçirilməsi sahəsində böyük təşkilatçılıq fəaliyyətinə görə professor Nərgiz Paşayevaya Moldova EA adından səmimi minnətdarlığını bildirib və onun Moldova EA-nın diplomu ilə təltif olunduğunu qeyd edib.


Teqlər:





Xəbər lenti