Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə

Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə
  22 İyul 2015    Oxunub:3102
Bu gün 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul olunanların qeydiyyatı başlayıb.
TQDK-nın mətbuat xidmətindənAzVision.az-a verilən məlumatagörə, qeydiyyat iyulun 28-dək davam edəcək.

Belə ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinə iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, Ali tibb təhsili haqqında sənəd (diplom) və onun surətini təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti