Kosmik nailiyyətlərimiz beynəlxalq sərgidə nümayiş olunacaq

Kosmik nailiyyətlərimiz beynəlxalq sərgidə nümayiş olunacaq
  22 İyul 2015    Oxunub:2324
Azərbaycan “IBC-2015” beynəlxalq sərgi-konfransında özünə məxsus stendi ilə təmsil olunacaq. Bu barədə AzVision.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Amsterdamın “RAI Exhibition and Convention Centre”də keçiriləcək tədbirdə milli peyk operatoru “Azerkosmos” ASC özünə məxsus stenddə ölkənin kosmik sahədə nailiyyətlərini nümayiş etdirəcək.

Sərgi sentyabrın 11-15-də, konfrans isə sentyabrın 10-14 tarixlərində keçiriləcək.
Tədbir çərçivəsində hər il kontent yaradan, idarəedən və təmin edən peşəkarlar Avropanın, Yaxın Şərqin və Latın Amerikasının ən son qlobal yeniliklərilə tanış olmaq imkanı əldə edirlər.

Tədbir iştirakçılarına ən son media məhsulları, qurğular, əlavə proqramlar, rəqəmli marketinq alətləri, sosial medialar, böyük həcmli məlumatlar, bulud servisləri və sərmayə qoyuluşu imkanları təqdim ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti