Azərbaycana görə `Chatham House`a etiraz

Azərbaycana görə `Chatham House`a etiraz
  08 İyul 2015    Oxunub:2427
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Bləkmən qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" Bako Saakyanın Londona gözlənilən səfərini pisləyib.
AzVision.az xəbər verir ki, deputat Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavabında "Chatham House" Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək tədbirdə B.Saakyanın nitq söyləmək üçün Londona dəvət olunması ilə əlaqədar institutun direktoru Robin Nibletə etiraz məktubu ilə müraciət etdiyini deyib.

Etiraz məktubunda deyilir: "Ötən həftə Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunan kitab təqdimatında iştirak etmək mənə nəsib oldu. Bunun fonunda separatçı Dağlıq Qarabağ rejiminin dırnaqarası prezidenti Bako Saakyanın "Chatham House"da nitq söyləməsi üçün dəvət olunması xəbərini eşidəndə şoka düşdüm.

Böyük Britaniya hökuməti Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır. Bununla belə, hökumət Saakyanın Böyük Britaniyaya səfərinin qarşısını ala bilmir. Çünki bu, qeyri-rəsmi özəl səfərdir. Böyük Britaniya–Azərbaycan Parlamentlərarası Dostluq qrupunun katibi olaraq "Chatham House" kimi nüfuzlu instituta belə arzuolunmaz şəxsin dəvət olunması məni kədərləndirir və bu tədbirin təxirə salınması üçün sizə müraciət edirəm".

AzVision.az


Teqlər:





Xəbər lenti