Ermənistanın pilotsuz aparatı məhv edildi - Fotolar

Ermənistanın pilotsuz aparatı məhv edildi - Fotolar
  08 İyul 2015    Oxunub:3412
Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib.

AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Silahlı Qüvvələrimiz düşmənin iki pilotsuz təyyarəsini məhv etmişdi.


AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti