`Azərbaycan ŞƏT-ə maraq göstərir` - Prezidentin müşaviri

`Azərbaycan ŞƏT-ə maraq göstərir` - Prezidentin müşaviri
  07 İyul 2015    Oxunub:2506
`Azərbaycan, Kamboca və Suriya Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq göstərirlər, lakin üzv olmaq üçün dəqiq meyarlar var və onlara riayət etmək lazımdır`.
AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası (RF) prezidentinin müşaviri, RF-nin ŞƏT və BRÇHC-də nümayəndəliyinin hazırlanması və təmini üzrə təşkilat komitəsinin məsul katibi Anton Kobyakov bildirib.

`Azərbaycan, Kamboca, Suriya, Misir və Şri Lanka ŞƏT-ə maraq göstərirlər: "Təşkilata daxil olmaq üzrə dəqiq qaydaların olduğu 28 sənəd var. ŞƏT-ə daxil olmazdan əvvəl onlara riayət etmək lazımdır` - deyə Kobyakov vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti