Xarici hüquqşünaslar Bakı Yay Hüquq Məktəbində - VİDEO

Xarici hüquqşünaslar Bakı Yay Hüquq Məktəbində - VİDEO
  07 İyul 2015    Oxunub:12597
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi ELSA-Azərbaycan təşkilatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə cari ilin 6-12 iyul tarixlərində Bakı şəhərində beynəlxalq “Yay Hüquq Məktəbi”ni təşkil edir. Tədbir Avropanın 16 ölkəsindən 20 hüquq tələbəsinin və azərbaycanlı hüquq tələbələrinin iştirakı ilə keçirilir.



Yay məktəbində Azərbaycanlı mütəxəssislər tərəfindən beynəlxalq hüquq normaları ilə bağlı müxtəlif seminarlar iştirakçılara tədris ediləcək, Azərbaycanda həyata keçirilmiş antikorrupsiya tədbirləri, məhkəmə hüquq islahatları müzakirə ediləcəkdir. Yay məktəbi çəçivəsində iştirakçıların Azərbaycan Respublikasının Milli Məclisinə, Ali Məhkəməsinə və ASAN xidmət mərkəzinə tanışlıq səfərləri nəzərdə tutulur.

Beynəlxalq Yay Hüquq Məktəbinin təşkili azərbaycanlı və xarici hüquq tələbələri arasında müasir hüquqi düşüncənin mübadiləsinə və tələbələr arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasını təmin edəcəkdir. Həmçinin Azərbaycanlı tələbələrin Avropa ölkələrində oxşar yay hüquq məktəblərində iştirakı üçün imkanlar təmin edəcəkdir.

ELSA Azərbaycan təşkilatının fəaliyyəti nəticəsində ötən ildə ölkəmizdə onlarla beynəlxalq və yerli tədbirlər təşkil edilmiş 100-dən artıq azərbaycanlı hüquq tələbəsini xaricdə beynəlxalq seminar və konfranslarda iştirakı təmin edilmişdir. ELSA Azərbaycan tərəfindən təşkilatın 2014-2015-ci illər üzrə fəaliyyətini və son seçki hesabat konfrasını əks etdirən video roliklər hazırlanmış və yay hüquq məktəbinin açılış mərasimində nümayiş etdirilib.








AzVision.az


Teqlər:  





Xəbər lenti