Alman jurnalı ASAN-dan yazdı

Alman jurnalı ASAN-dan yazdı
  07 İyul 2015    Oxunub:2626
Almaniyanın `Diplomatisches Magazin` jurnalı iyul sayında ASAN nümayəndə heyətinin Almaniyaya may ayında baş tutan səfərindən yazıb.

“Azərbaycan Nümayəndə Heyəti Berlində” başlıqlı yazıda bildirilir ki, səfər çərçivəsində siyasi müzakirələr aparılıb, ASAN xidmətin iş prinsipi, nazirliklərə məxsus fəaliyyətin bir mərkəz tərəfindən necə idarə olunduğu iştirakçıların nəzərinə çatdırılıb.

Jurnal xatırladır ki, təqdimatda Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlamentlər arası dostuq qrupunun üzvləri, deputatlar Fişer, Klimke və Missfelder də iştirak edib.

“Konfransda təkcə ASAN xidmətin fəaliyyəti deyil, həm də Alman iqtisadiyyatının Şərqi Avropada dominantlığı məsələlərinə də toxunulub”,- deyə yazıda qeyd olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti