Saakaşvilinin maaşını ABŞ verəcək

Saakaşvilinin maaşını ABŞ verəcək
  07 İyul 2015    Oxunub:2828
ABŞ Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini maliyyələşdirəcək və onun komandasına əmək haqqı verəcək.
AzVision.az - ın məlumatına görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payetlə görüşdən sonra Saakaşvilinin özü “Facebook” səhifəsində yazıb.
Mənbənin məlumatına görə, tərəflər ABŞ polisinin odessalı həmkarlarına təlim keçməsinə dair razılığa da gəliblər.

“Həmçinin, Odessa anti-korrupsiya proqramı çərçivəsində ABŞ hökuməti Saakaşvilinin yeni komandasını maliyyələşdirməyə razılıq verib”, - deyə məlumatda bildirilir.

Maliyyələşdirmənin konkret olaraq hansı həcmdə olması barədə məlumat verilmir.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payet Mixail Saakaşvilinin komandasının Odessadakı işinin uğurlu olması üçün əlindən gələni edəcəyini bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti