Özünü fəda edən qəhrəman polis - Təfərrüatlar

Özünü fəda edən qəhrəman polis - Təfərrüatlar
  07 İyul 2015    Oxunub:5301
Başqalarının yaşaması üçün öz həyatını fəda etdi.
İndi təqdim edəcəyimiz süjetin qəhrəmanı göstərdiyi şücaəti və fədakarlığı sayəsində bir neçə gündür ki, medianın gündəmindədir. Söhbət 3 gün öncə öz həyatı bahasına dənizdə batan başqa bir şəxsi xilas edən qəhrəman polisimiz Zaur Nurəliyevdən gedir. Əməkdaşlarımız cəsur polisin ailəsinə baş çəkiblər. Zaur Nurəliyevin keçdiyi həyat yolunu və hadisənin başvermə anının təfərrüatlarını ailəsinin dilindən eşidək.

Canı bahasına, qorxmadan dənizin qoynuna atıldı.Başqalarının yaşaması üçün öz həyatını fəda etdi.

Söhbət 3 gün öncə Xəzərdə batan şəxsləri xilas edərkən boğulan 27 yaşlı polis serjantı Zaur Nurəliyevdən gedir. Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı olan Zaur Nurəliyev hər zaman cəsurluğu ilə seçilib.

Zaur Nurəliyev ötən ilin aprel ayında ailə qurub. Bu ilin aprelində isə Fərid adlı övladı dünyaya gəlib. İyulun 3-də axşam istirahət etmək üçün ailə üzvləri ilə birlikdə Xəzər rayonu ərazisindəki çimərliyə gedib. Həmin vaxt 2 nəfərin suda boğulduğunu görüb və tərəddüd etmədən suya atılıb.

Boğulanlardan birini xilas edə bilsə də, özü digər şəxslə birgə batıb.

Xilasedicilər gecə Zaur Nurəliyevin və onunla birgə batan Bakı şəhər sakini Səfər Səfərlinin meyitlərini sudan çıxararaq yaxınlarına təhvil veriblər. Qəhrəman polisin cənazəsi İsmayıllının Buynuz kəndinə gətirilərək orada dəfn olunub. (xəzər xəbər)





Teqlər:





Xəbər lenti