Azərbaycandan Ermənistana mal aparılır? - Rəsmi Açıqlama

Azərbaycandan Ermənistana mal aparılır? - Rəsmi Açıqlama
  07 İyul 2015    Oxunub:2848
Dövlət Gömrük Komitəsi Azərbaycandan Ermənistana mal ixracına dair məlumatlarla bağlı açıqlama yayıb.
AzVision.az-a daxil olan məlumatda bildirilib ki, son günlər bəzi yerli kütləvi informasiya vasitələrində Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin hesabatına istinadən Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair fakt yer alıb.

Orada göstərilirki, guya Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur, ümumiyyətlə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasi arasında heç bir xarici ticarət (idxal-ixrac) əməliyyatları həyata keçirilmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti