Merkel təcili Fransaya gedir - Yunanıstan məsələsi

Merkel təcili Fransaya gedir - Yunanıstan məsələsi
  06 İyul 2015    Oxunub:3233
Bu gün Almaniya kansleri Angela Merkel fransalı həmkarı Fransua Ollandla Yunanıstanda keçirilən referendumun nəticələrini müzakirə etmək üçün Parisə yollanacaq.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

“Merkel Yunanıstan referendumundan sonra vəziyyəti birgə dəyərləndirmək və bu məsələ üzrə ölkələr üzrə sıx əməkdaşlığı davam etdirmək üçün axşam saatlarında Parisə səfər edəcək”, - deyə Almaniya kanslerinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün keçirilən referendumun nəticələrinə görə, yunanlar kreditorların təkliflərini qəbul etməkdən imtina ediblər. Belə ki, seçkilərin yekun nəticələrə əsasən kreditorların təkliflərinin qəbul olunmasına 61,30 faiz seçici “xeyr”, 38,70 faiz seçici isə “bəli” cavabı verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti