“Oyun dostyana keçdi...” – Nazirdən futbol açıqlaması

“Oyun dostyana keçdi...” – Nazirdən futbol açıqlaması
  06 İyul 2015    Oxunub:4667
“Oyunda atmosfer olduqca pozitiv idi”

AzVision.az xəbər verir ki, bu fikirləri Rusiya rəsmiləri ilə keçirilən futbol oyununda Azərbaycan komandasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, rəsmilərin qarşılaşması dostyana keçib.

“Bu görüş bizim ölkələr və xalqlar arasında münasibətlərin ruhundakı kimi olmalı idi”, - deyə Mikayıl Cabbarov bildirib.

Rusiya baş naziinin müavini Akradiy Dvarkoviç də oyuna münasibət bildirib.

“Dostlarımızın məğlub olmasına baxmayaraq, hamı gülümsəyirdi. Oyun çox gözəl keçdi, xeyli sayda qol oldu. Biz nəyinki kabinetlərdə işlədiyimizi, hətta meydanda oynadığımızı göstərdik”, deyə Akradiy Dvarkoviç bildirib.

Qeyd edək ki, iyulun 4-də azərbaycanlı nazir, deputat və rəsmi şəxslərdən ibarət komanda rusiyalı həmkarları ilə futbol matçı keçirib. “Dalğa Arena”da baş tutan görüşdə siyasilərimizdən ibarət komanda rəqiblərinə 6:2 hesabla məğlub olub.

Azərbaycan komandasının heyətində millət vəkilləri Fazil Mustafa, Adil Əliyev, Təhsil naziri Mikayıl Cabbarov, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, baş nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdüri Azər Əmiraslanov, AFFA-nın baş katibi Elxan Məmmədov, “Kəpəz” Futbol Klubunun baş məşqçisi Şahin Diniyev, futbol üzrə milli komandamızın baş məşqçisinin köməkçiləri Mahmud Qurbanov, Faiq Əzizov və digər bir sıra tanınmış siyasət və futbol adamları çıxış ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti