Yayda qar yağdı - VİDEO

Yayda qar yağdı - VİDEO
  05 İyul 2015    Oxunub:3241
Rusiyanın Komi Respublikasının şimalında yerləşən Vorkuta şəhərinə gözlənilmədən qar yağıb.

Havalar o qədər soyuyub ki, iyulun 6-dan şəhərdə binaları qızdırmaq üçün qazanxanaların işə salınacağı bildirilir. Hazırda şəhərdə temperatur 1-3 dərəcə arasında dəyişir. Bu, iyulda orta temperatur 13 dərəcə olsa da, bəzi vaxtlar 33 dərəcəyə qədər qalxıb.

Sinoptiklərin dediyinə görə, Vorkutaya qar Arktikadan qəflətən daxil olan soyuq hava ilə bağlıdır. Onların dediyinə görə, soyuq hava iyulun 10-a kimi davam edəcək. Soyuq hava şəhərdə nəzərdə tutulan İvan Kupala bayramının keçirilməsinə mane olub.

Vorkuta qütb dairəsində yerləşir. Əhalisinin sayına görə, qütb zonasının üçüncü şəhəridir. Şəhərdə 60 mindən çox adam yaşayır. Vorkuta 1930-cu ildə salınıb və buna səbəb ərazidə iri daş kömür yataqlarının ortaya çıxması olub.




Teqlər:  





Xəbər lenti