3-cü mərtəbədən yıxılan şəxs xilas olundu

3-cü mərtəbədən yıxılan şəxs xilas olundu
  05 İyul 2015    Oxunub:2318
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda köməyə ehtiyac olması barədə məlumat daxil olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin eyvanından yıxılaraq 1-ci mərtəbənin artırma eyvanının üzərinə düşüb və orada köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı 1-ci mərtəbənin eyvanınan düşürərək aidiyyatı üzrə təhvil verib.

AzVision.az


Teqlər:





Xəbər lenti