Qadın evində ölü tapıldı

Qadın evində ölü tapıldı
  05 İyul 2015    Oxunub:2535
Mingəçevirdə mənzildən qadın meyiti tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə yataq xəstəsi olan bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər mənzilin giriş qapısını açaraq 1958-ci il təvəllüdlü Bayramova Məleykə Abdulxəlil qızının meyitini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:38-da başa çatıb.


Teqlər:





Xəbər lenti