Zakir Həsənov hərbi obyektlərə baş çəkib

Zakir Həsənov hərbi obyektlərə baş çəkib
  04 İyul 2015    Oxunub:2197
Azərbaycanın müdafiə naziri Latviyada bir neçə hərbi obyektdə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Latviyaya rəsmi səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin "Adaji" hərbi bazası, Birgə hücumun idarə edilməsi terminalı, Partlayıcı maddələrin zərəsizləşdirilməsi məktəbi, Tibb Mərkəzi və "SWATH" patrul gəmisini ziyarət edib.

Ziyarət zamanı Azərbaycanın müdafiə nazirini Latviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube müşayiət edib.

Səfər iyulun 4-də başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti