Təxribat: Gürcüstanda Azərbaycana qarşı `soyqırım` iddiası - FOTOLAR

Təxribat: Gürcüstanda Azərbaycana qarşı `soyqırım` iddiası - FOTOLAR
  03 İyul 2015    Oxunub:8360
Tiflisdə Azərbaycanın “Qəbələ” və Gürcüstanın “Dinamo” futbol komandaları arasındakı görüşdə azarkeşlər tərəfindən (bunların sadə azarkeş olduğu şübhəlidir – red.) tribunalardan ciddi siyası şuarlar əks olunmuş plakatlar asılıb.

AzVision.az atv.az-a istinadla xəbər verir ki, UEFA rəsmiləri məsələyə qarışandan sonra plakatlar yığışdırılıb.

Azərbaycanın Gürcüstandakı səfiri də öz növbəsində bu məsələni mütləq araşdıracağına söz verib.

Böyük ehtimalla, bu, bir təxribatdır və biz AzVision.az olaraq Gürcüstan hökumətindən təxribatın araşdırılmasını, onu təşkil edənlərin ciddi şəkildə cəzalandırılmasını gözləyirik. İki ölkənin dostluğuna xələl gətirmək istəyənlərə qarşı sərt tədbirlər görülməlidir.

Qalereya




Teqlər:  





Xəbər lenti