Ukraynada döyüşən rus generalların siyahısı ABŞ-da

Ukraynada döyüşən rus generalların siyahısı ABŞ-da
  03 İyul 2015    Oxunub:2629
Ukrayna Təhlükəsizlik Xidməti Vaşinqtona ölkənin şərqində separatçılara beş rusiyalı kadr generalının rəhbərlik etdiyini iddia edən məruzə təqdim edib.
Bu barədə AzVision.az “Qazeta”ya istinadən xəbər verir.

Məlumatda vurğulanır ki, Kiyev işğal barədə məlumatı iyunun ortasında təqdim edib. Sənəddə Ukrayna xidməti tərəfindən “DXR” və “LXR”-yə rəhbərlik edən rusiyalı generallar barədə bütün məlumatlar göstərilib.

`Bloomberg` agentliyinin yaydığı məlumata görə, Prezident Barak Obamanın administrasiyasına təqdim edilən məruzədə əsasən Donbasda Rusiya Silahlı Qüvvələrində xidmət edən 9 min rusiyalı hərbçi yerləşir.

Bundan əlavə, sənəddə Ukraynanın şərqində Rusiya tanklarını, zirehli maşınlarının, yaylım atəş raket sistemlərinin və artilleriya sistemlərinin yerləşdirilməsi də göstərilir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti