Zakir Həsənov Latviyaya getdi

Zakir Həsənov Latviyaya getdi
  03 İyul 2015    Oxunub:2668
Azərbaycan Respublikası Müdafiə nazirinin Latviyaya rəsmi səfəri başlayıb.
Litva Respublikasına rəsmi səfəri başa çatdıqdan sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasına yola düşüb.

Azərbaycanın Müdafiə naziri Latviya Respublikasının yeni seçilmiş Prezidenti, iyulun 8-dən prezident vəzifələrinin icrasına başlayacaq hazırkı Müdafiə naziri cənab Raymonds Veyonisin dəvəti ilə iyulun 3-dən və 4-dək Latviyada rəsmi səfərdə olacaq.
Səfərdə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və müdafiə məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.


Teqlər:





Xəbər lenti