Deputat oğurluğun üstünü açdı - VİDEO

Deputat oğurluğun üstünü açdı - VİDEO
  03 İyul 2015    Oxunub:3303
Milli Məclisin deputatı Etibar Hüseynov bir vaxtların məşhur "Tarla qızları" mahnısının oğurlandığını, Soso Pavliaşvilinin isə həmin mahnını hitə çevirdiyini iddia edib.
Etibar Hüseynov bunu Facebook-da yazıb.

AzVision.az həmin statusu təqdim edir:

"Jor Meloyanın Soso Pavliaşviliyə sırıdığı "Tost " mahnısı artıq nəçə ildir ki, Rusiyada bir hitə çevrilib. Ona görə "sırıdığı" yazdım ki, bu, Zeynəb Xanlarovanın (səhv etmirəmsə həm də İlhamə Quliyevanın) 70-80 cı illərdə ifa etdiyi "Tarla qızları" (mus. Oqtay Kazımov) mahnısının plagiatıdı. Sadəcə yeni aranjimanda təqdim olunub. Ancaq çox təəssüf ki, artıq bu cür oğurluqlara bir növ adətkarıq və qarşısını ala bilmirik. Amma, bir təklifim var. Sirr deyil ki, bu gün ölkədə kifayət qədər mügənni bolluğu olsa da keyfiyyətli mahnı, keyfiyyətli musiqi qıtlığı yaşanmaqdadır. Bəsit, zövqsüz musiqilər hamını cana yığıb. Amma görkəmli bəstəkarlarımızın onlarla gözəl əsəri var ki, arxivdə qalıb və istifadə olunmur. Mən sovetlər dönəmində zamanın tələbinə uyğun olaraq yazılmış, ancaq bu günümüzlə ayaqlaşmadığından ifa edilməyən onlarla biri-birindən gözəl bəstələri nəzərdə tuturam. Yəni, çayçılara, neftçilərə, o cümlədən də ayrı-ayrı Sosialist əməyi qəhrəmanlarına həsr edilmiş kifayət qədər gözəl mahnılar var. Mənə ələ gəlir ki, bəstəkar və aranjimançılarımız onların sözlərini dəyişib, yeni aranjimanda təqdim etsələr, çox gözəl olar. Bu, digər tərəfdən həmin bəstəkarların da ruhuna hörmət və ehtiram olar ki, onların unudulmuş əsərlərinə ikinci nəfəs verilər. Məncə, bu ideya ətrafında düşünməyə dəyər. Yoxsa, "yeməyənin payını yeyərlər" məsəlini tez-tez yada salmalı olacağıq. Necə ki, ermənilər bunu bizə zaman-zaman xatırladır".






Teqlər:  





Xəbər lenti